Şahin Diniyev Azərbaycan - Lixtenşteyn görüşü barədə Offsideplus.az-a açıqlama verib.

“Kağız üzərində favorit sayılsaq da, futbol proqnozları sevmir. Hər iki milli D liqasındadırsa, güc fərqimiz çox deyil. Lixtenşteyni udmalıyıq, amma bu o demək deyil ki, diqqətli olmamalıyıq. Oturmuş müdafiəni yarmaq lazımdır - bu problem olacaq. Rəqibi əks-hücumda buraxmaq olmaz. Hamılıqla irəli atılan komandadırlar. Erkən vurulan qol nəticəyə daha çox təsir edə bilər. Amma qolun gəlişi uzandıqca futbolçularımızda təzyiq ola bilər. Belə olan halda çox səhv edə bilər. Dişimizə görə, sıradan rəqibdir. Amma ciddi yanaşmaq lazımdır. San Marino, Malta kimi komandaların da gücləndiyini görürük”.

Qeyd edək ki, qarşılaşma bu gün saat 20:00-da start götürəcək.