Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədə hazırlığı davam etdirən "Qarabağ" və "Zirə" yoxlama oyununda üz-üzə gələcəklər.

Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın mətbuat xidməti bu barədə rəsmən məlumat yayıb.

Qarşılaşma 3 oktyabr, 17:00-da "Azərsun Arena"nın ehtiyat meydançasında keçiriləcək.

Qeyd edək ki, hazırda "Qarabağ" 13 xalla 3-cü, "Zirə" isə 10 xalla 5-cidir.