Azərbaycan Basketbol Liqasında I və II tur üzrə 2 matç təxirə salınıb. 

Offsideplus.az xəbər verir ki, I turu üzrə oktyabrın 4-də saat 15:00-da  keçirilməli olan "Naxçıvan" – "Neftçi" oyunu baş tutmayacaq. Buna səbəb "Neftçi"nin oktyabrın 6-da FIBA Avropa Kubokunun qrup mərhələsində Yunanıstanda Mikonos komandası ilə səfər oyununa çıxmasıdır.

Bundan əlavə, II turun "Gəncə" – "Sabah" matçı da keçirilməyəcək. Hər iki komanda avrokuboklarda ilk səfər oyunlarına çıxacaqlar.

Oktyabrın 6-da "Sabah" Çempionlar Liqasında VİLN, "Gəncə" isə 7 oktyabrda "Erok" komandası ilə üz-üzə gələcək.