Roman Kopylov UFC 332-də Atəba Qotye ilə qarşılaşma öncəsi gözləntilərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Kopylov rəqibinin güclü olduğunu qeyd edib və bu döyüşün gəncliklə təcrübənin toqquşması olacağını bildirib. "Biz ona ciddi hazırlaşmışıq, döyüşlərini təhlil etmişik və nə etməli olduğumuzu bilirik. UFC-nin matçmeykinqi həmişə yüksək səviyyədədir, döyüşçüləri müəyyən məqsədlə qarşılaşdırırlar və biz ümid edirik ki, bu qarşılaşma 'axşamın döyüşü' olacaq. Əgər mən onu ilk raundda nokaut etsəm, 'axşamın döyüşü' alınmaz, ona görə də uzun döyüşə köklənmişik. Rəqibimizin kim olduğunu anlayırıq və ilk raundda nokaut bizim planımız deyil", – deyə Kopylov vurğulayıb.

Qeyd edək ki, Kopylov və Qotye arasında döyüş 3 oktyabrda Solt Leyk Sitidə baş tutacaq. Atəba Qotye isə bu qarşılaşma ilə bağlı "Mən bura məhv etməyə gəlmişəm. Ümid edirəm, hakim onu xilas edər" sözlərini deyib.