Kriştiano Ronaldunun bacısı Elma Aveiru ulduz futbolçunun Portuqaliya millisindən ayrılması ilə bağlı münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı "Əl-Nəsr"in hücumçusu Danimarka ilə Millətlər Liqası oyunu ərəfəsində baş məşqçi Jorje Jezuşla yaşanan münaqişəyə görə yığmanın düşərgəsini tərk edib. Ronaldunu diskvalifikasiya və pul cəriməsi gözləyir. Daha sonra futbolçu sosial şəbəkədə ən azı yaxın oyunlarda Portuqaliya millisində çıxış etməyəcəyini açıqlayıb.

Elma Aveiru qardaşının sözlərini sosial şəbəkədə paylaşaraq yazıb: "Xəyanət soyuq təqdim olunan bir yeməkdir. Nə əkərsən, onu da biçərsən. Yeganə yol irəli getməkdir".

O, həmçinin bir azarkeşin bu fikirlərini də yayıb: "Kriştiano daha çox hörmətə layiq idi. Portuqaliyalılar isə CR7-dən əvvəlki orta səviyyəyə qayıtmağa layiqdirlər".

Madridə çatdıqdan sonra çəkilmiş videoda Ronaldunun kədərli göründüyü qeyd olunub.