İspaniya millisinin sabiq qapıçısı Santyaqo Kanisares Kriştiano Ronaldunun Portuqaliya yığmasında yaşanan qalmaqala münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, o, Ronaldunun baş məşqçi Jorje Jezuşla mübahisədən sonra milli komandanı tərk etməsini düzgün saymayıb.

O, qeyd edib ki, hər kəs milli komandada bir-birinə hörmət etməlidir və ulduz futbolçular da komandanın bir hissəsi olmalıdır.

"Mən heç vaxt Kriştianonu tənqid etməmişəm, amma bu dəfə o, Portuqaliya millisinə hörmətsizlik göstərdi. Əsl ulduzlar meydanda fərqlənsələr də, meydandan kənarda komandanın bir hissəsi olmalıdırlar. Kriştiano dəfələrlə liderlik nümunəsi göstərib, lakin bu dəfə onun davranışı düzgün deyildi".