Argentina millisinin futbolçuları Lionel Messinin vida oyunu üçün xüsusi forma imzalayıblar.

Offsideplus.az xəbər verir ki, 7 oktyabrda 39 yaşlı hücumçu milli komanda ilə sonuncu oyununu Benin yığmasına qarşı keçirəcək.

Qarşılaşmadan əvvəl Argentina millisinin baş məşqçisi Lionel Skaloni və Messinin komanda yoldaşları xatirə formasına imza atıblar.

Formanı Xulian Alvares, Lisandro Martinez, Emiliano Martinez, Culiano Simeone, Tyaqo Almada, Kristian Romero, Niko Pas və Franko Mastantuono imzalayıblar.