İspaniya U-21 millisinin və "Real Madrid"in hücumçusu Karlos Espi Avropa çempionatının seçmə mərhələsində San-Marino ilə oyunda fərqlənib.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu səfərdə keçirilən qarşılaşmada dörd qol vurub (52, 58, 62 və 74-cü dəqiqələrdə) və iki məhsuldar ötürmə ilə yadda qalıb. İspaniya bu görüşdə rəqibini 13:0 hesabı ilə məğlub edib və 9 oyundan sonra 24 xalla A qrupunun lideridir.
Xalsız olan San-Marino isə 0:55 top fərqi ilə sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, K. Espi yayda "Real Madrid"ə keçdikdən sonra La Liqada 4 oyunda 2 qol vurub.


