"Los Anceles Leykers"də yeni mövsüm öncəsi heyət üçün ciddi rəqabət yaşanır. Komandanın 2024 NBA dreftində 17-ci seçimlə heyətinə qatdığı Daltan Knehtin gələcəyi sual altındadır.

Offsideplus.az xəbər verir ki, idman şərhçisi Evan Sayderi Knehtin "Leykers"dən göndərilməyə ən real namizəd olduğunu bildirib. Onun sözlərinə görə, Kneht son məşqlərdə Bronni Ceyms və Ceyden Hardiyə uduzub və baş məşqçi Cey Cey Redikin etimadını itirib. Hazırda "Leykers"də 15 yer üçün 16 zəmanətli müqavilə var və klub Kneht üçün transfer variantı tapmasa, onu göndərə bilər.