Portuqaliya millisinin yarımmüdafiəçisi Rafael Leao Danimarka üzərində 4:2 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, UEFA Millətlər Liqasında baş tutan oyunda Kriştiano Ronaldu komandanın düşərgəsini baş məşqçi Jorje Jezuşla fikir ayrılığı səbəbindən tərk edib. Leao isə bu qarşılaşmada Ronaldunun əvvəllər geyindiyi 7 nömrəli formanı daşıyıb.
"Onun ayrılması bizi maraqlandırmır. Biz bir daha göstərdik ki, komanda ruhumuz var. Əminəm ki, Kriştiano evdə olsa da, bu qələbəyə sevinir. Bizim münasibətimiz yaxşıdır və onun necə insan olduğunu bilirəm. Əsas olan komandanın uğurudur. Daha 3 xal qazandıq və qrupda liderik. İndi istirahət edib, bazar günü Norveçə qarşı oyuna hazırlaşmalıyıq.
Kriştiano uşaqlıq kumirimdir, 7 nömrənin isə mənim üçün xüsusi mənası var – bu, övladlarımın doğum tarixi ilə bağlıdır. Bu nömrə ilə meydanda layiqli çıxış etməyə və anı yaşamağa çalışdım. Ən vacibi isə yaxşı oyun göstərərək qələbə qazandıq", – deyə "Milan"ın futbolçusu bildirib.
Qeyd edək ki, Leao-nun əkiz oğulları Leonardo və Tiagu 7 oktyabr 2024-cü ildə dünyaya gəlib.


