Portuqaliyalı sabiq hakim və ölkəsinin Futbol Federasiyasının hakimlər departamentinin keçmiş texniki direktoru Duarte Pereyra Gomeş Kriştiano Ronaldunun ətrafında yaranan qalmaqala münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, dünən Millətlər Liqasının Danimarka ilə Kopenhagendə keçirilən oyunundan (4:2) əvvəl Kriştiano Ronaldu baş məşqçi Jorje Jezuşla yaşanan münaqişəyə görə Portuqaliya millisinin düşərgəsini tərk edib. Mətbuatda Ronaldunun milli karyerasını başa vurduğu qeyd olunub.

"İctimai sferada baş verən istənilən hadisə cəmiyyətdə parçalanmaya səbəb olur. İnsanlar mütləq şəkildə hansısa tərəfi seçmək və əks mövqedə olanlara hücum etmək istəyirlər. Bu, səngər qaydasıdır və dünən Kriştiano Ronaldunun ətrafında yaşanan hadisə bunun növbəti sübutudur", – deyə Gomeş bildirib.