İsveç milli komandasının baş məşqçisi Qrehem Potter heyətdəki ciddi zədə və xəstəlik problemlərinə gözlənilməz müqayisə ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, britaniyalı mütəxəssis kadr itkilərinin çoxluğunu "Mançester Siti"nin qarşılaşdığı hüquqi ittihamlarla paralelləşdirib:
"Zədə və xəstəlik səbəbindən heyətdən kənar qalan futbolçularımızın sayı, zənnimcə, "Mançester Siti"yə qarşı irəli sürülən ittihamların sayına yaxındır".


