Argentina Futbol Federasiyasının yığma komandanın kapitanı Lionel Messinin "10" nömrəli formasını dövriyyədən çıxarmaq niyyəti baş tutmayıb.
Offsideplus.az xəbər verir ki, buna FIFA-nın mövcud reqlamenti və sərt qaydaları mane olub.
Mövzu ilə bağlı verilən açıqlamaya əsasən, federasiya ulduz futbolçu karyerasını bitirdikdən sonra onun "10" nömrəsini əbədiləşdirmək və heç kimə verməmək istəsə də, FİFA-nın turnir qaydalarına görə milli komandalar böyük yarışlarda 1-dən 23-dək (və ya 26-dək) olan bütün nömrələri heyətdəki oyunçular arasında bölüşdürməlidir.
Bu səbəbdən Argentinanın Messinin formasını əbədiləşdirmək planı reallaşmayacaq.


