Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən bildirir ki, "Sabah"ın müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən yığmanın düşərgəsindən ayrılmalı olub.

Qeyd edək ki, U-20 millisi Qəbələ toplanışı çərçivəsində oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiya yığması ilə yoldaşlıq görüşü keçirəcək.