"Barselona"nın gənc müdafiəçisi Pau Kubarsi psixoloji sağlamlıq mövzusuna toxunub.
Offsideplus.az xəbər verir ki, o, mütəxəssis dəstəyi aldığını etiraf edib. Çətin dövrlərdən keçərkən insanların mühakimə olunmamalı olduğunu qeyd edən gənc futbolçu mütəmadi olaraq psixoloq yanına getdiyini açıqlayıb.
-
Təzyiq və səhvlər: Təzyiqin hər gün inkişaf etməyə kömək etdiyini bildirən Kubarsi, eyni zamanda səhvlərə görə özünü psixoloji cəhətdən məhv etməyin və həddindən artıq qapanmağın doğru olmadığını vurğulayıb.
-
Sabir və səbir: Gənc oyunçuların tez bir zamanda uğur qazanmaq məcburiyyətində olmadığını qeyd edən müdafiəçi əlavə edib: "16 yaşında hər şeyə nail olmalı deyilsən. 20 yaşında da hələ gəncsən. Sadəcə mübarizəni davam etdirməli və fürsət gələndə hazır olmalısan."


