"Roma"nın baş məşqçisi Can Pyero Qasperini klubun azarkeşləri ilə münasibətləri və gələcək planları barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Qasperini azarkeşlərin onu Romada tanrı adlandırmasına münasibət bildirib: "Mən Romada tanrıyam? Bütün imperatorlar pis sonluqla üzləşib... Ən yaxşısı realist olmaq və azarkeşlərə sevinmək üçün səbəb verməkdir, bu, ən vacib məsələdir".

Yeni stadionun inşası barədə danışan mütəxəssis qeyd edib: "Belə bir stadion insanlar üçün çox önəmlidir, onların ehtiyac duyduğu boşluğu doldurur. Bu cür stadion əsl gözəllikdir".

2027-ci ildə klubun yüzilliyi ilə bağlı Qasperini vurğulayıb: "Məncə, biz bu tarixi davam etdirməliyik: onu inkar edənlərin gələcəyi yoxdur. Düşünürəm ki, "Roma"nın ikinci yüzili daha da gözəl olacaq".

Beş turun ardından "Roma" A Seriyasında 13 xalla liderdir. "İnter" və "Latsio" da eyni xala malikdir və müvafiq olaraq ikinci və üçüncü yerləri tutur.