İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandasındakı zədələnmiş oyunçular barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, daha əvvəl zədə səbəbindən Ferran Torres, Niko Uilyams, Erik Qarsiya və Alejandro Qrimaldo yığmanın düşərgəsini tərk edib. Sabah İspaniya millisi Millətlər Liqasının ümumi mərhələsinin 3-cü turunda Çexiya ilə qarşılaşacaq.
De la Fuente mətbuat konfransında bildirib: "Bu formatın çatışmazlığı ondadır ki, bərpa üçün vaxt azdır. Biz oyunçuların sağlamlığını hər şeydən üstün tuturuq və futbolçunun ideal formada olmasına üstünlük veririk".


