Braziliyalı yarımmüdafiəçi Fred "Mançester Yunayted"də Erik ten Haqın rəhbərliyi altında keçirdiyi dövrü xatırlayıb.

Offsideplus.az xəbər verir ki, Fred baş məşqçinin taktiki baxımdan güclü olduğunu, lakin komanda ilə münasibətlərində problemlər yaşadığını bildirib. "Ten Haq taktiki baxımdan çox yaxşı idi, amma komanda ilə münasibətlərində özünü pis aparırdı. O, mənimlə, Kriştiano Ronaldu, Kazemiro, Markus Reşfordla tez-tez mübahisə edirdi. Meydana əsasən holland futbolçuları buraxırdı və öz çevrəsi var idi. Bəzən məni oynatmadığı üçün stress yaşayırdım. Amma taktiki baxımdan işlədiyim məşqçilər arasında ən yaxşılarından biri idi. Komandanın daim sürətli oynamasını istəyirdi, amma Kriştiano artıq gənc deyildi. O, Kriştianonu heyətdən çıxardı və bundan sonra komandada narazılıq başladı", – deyə Fred Charla Podcast-də xatırlayıb.