UFC-nin orta çəki döyüşçüsü Marvin Vettori son döyüşləri barədə açıq danışıb. İdmançı bildirib ki, öz çıxışlarına baxmağa belə dözə bilmir və performansından narazıdır.

Offsideplus.az xəbər verir ki, Vettori bu barədə belə deyib: "Özümə baxa bilmirəm. Mən dəhşətli görünürdüm. Çox əsəbiyəm. Buna baxa bilmirəm, hətta sadə bir zərbəni belə tarazlıq itirmədən ata bilmirdim. Çox sıxılmışdım. Sanki qəfəsdə ümumiyyətlə mən deyildim". Marvin Vettori növbəti döyüşünü 4 oktyabr gecəsi UFC 332 turnirində İsmayıl Naurdiyevə qarşı keçirəcək. Həmin turnirdə Silva – Tsun, Figueiredo – Talbott, Kopylov – Gotye və digər qarşılaşmalar da baş tutacaq.