Burkina-Faso milli komandası Argentinaya səfər etmək istəmir.
Offsideplus.az xəbər verir ki, Buenos-Ayresdə keçiriləcək yoldaşlıq oyununa 30 saatdan az vaxt qalmasına baxmayaraq, komanda hələ də Afrikadadır və matç təhlükə altındadır.
Nümayəndə heyətli əvvəlcədən razılaşdırılmış şərtlərin yerinə yetirilməsini tələb edir:
- Şəxsi təyyarə
- Matç gəlirindən pay
Zaman məhdudiyyəti: Əgər onlar yola düşsələr belə, Buenos-Ayresə matçın start fitindən cəmi səkkiz saat əvvəl enəcəklər.


