İspaniyalı sağ cinah müdafiəçisi Pedro Porro "Barselona"nın onunla maraqlanacağı təqdirdə "Tottenhem Hotspur"dan ayrılmağı düşünə bilər.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı oyunçu hazırda "Tottenhem"də özünü xoşbəxt hiss edir, lakin komandanın uğursuz nəticələr seriyası onun klubdakı gələcəyini yenidən nəzərdən keçirməsinə səbəb ola bilər.
Porro cari yayda London klubu ilə 2031-ci ilin yayına qədər (əlavə bir mövsüm də seçimlə) nəzərdə tutulan yeni müqavilə imzalayıb.


