Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Offsideplus.az xəbər verir ki, komanda Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda keçirilən oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı növbəti görüşünü oktyabrın 6-da Yaponiyaya qarşı keçirəcək.


