Azərbaycan Basketbol Liqasında (ABL) yeni mövsümə start verilib. 

Offsideplus.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan "Ordu" - "Gəncə" qarşılaşması son saniyələrə qədər gərgin mübarizə şəraitində keçib.

Görüşün sonunda daha dəqiq oynayan Qərb təmsilçisi 92:90 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, turun "Neftçi" – "Naxçıvan" qarşılaşması "ağ-qaralar"ın avrokuboklardakı oyununa görə təxirə salınıb.

ABL, I tur

"Ordu" – "Gəncə" 90:92 (19:23, 33:20, 19:29, 19:20)