Edin Ceko Bosniya və Herseqovina millisində karyerasını başa vurub
Offsideplus.az xəbər verir ki, 40 yaşlı hücumçu milli komandada son oyununu UEFA Millətlər Liqası çərçivəsində İsveçə qarşı keçirib. Zeniça şəhərində baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb.
Matça start heyətində başlayan təcrübəli forvard 63-cü dəqiqədə əvəzlənərək milli karyerasına son qoyub.
Qeyd edək ki, Edin Ceko Bosniya və Herseqovina millisində debütünü 2007-ci ildə edib. O, yığmanın formasını geyindiyi 152 rəsmi qarşılaşmada 73 qola imza atıb və 31 məhsuldar ötürmə ilə yadda qalıb.


