Sabah Azərbaycan yığma komandası Litvanı qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, Ayxan Abbasov oyunöncəsi mətbuat konfransında media önünə çıxıb.

"Litva da, biz də bir-birimizi yaxşı tanıyırıq. Əzmkar komandaya qarşı oynayacağıq. Bəzi futbolçular 90 dəqiqə meydanda oldular. 4-cü oyunumuza çıxırıq. Futbolçularla söhbətimiz oldu. Təəssüf ki, son matçda qələbə qazana bilmədik. O matçdan daha yaxşı çıxış etmək məcburiyyətindəyik. Futbolçularıma inanıram. Lixtenşteynlə qarşılaşmanı unudub, Litvaya qarşı mübariz oynamalıyıq. Azarkeşlərimizi sevindirmək istəyirik. Millidə oynamaq, çalışmaq böyük təzyiqdir. Bunlara tab gətirməlisən. Oyundan dərhal sonra futbolçularla təkbətək söhbətlərimiz oldu. Bəzi oyunçular var ki, buradakı təzyiqi hiss edirlər və klubdakı qədər rahat çıxış edə bilmirlər. Həmin futbolçulara baxsaq, milli karyeraları təzə-təzə başlayır. Onlara vaxt lazımdır. Təcrüəbl oyunçularımız da var. Milli bu cür vəziyyətlərə düşüb. İnanırıq. Bundan da çətin vəziyyətdə komanda toparlanmışdı. Bir oyunla hər şey bitmir. Bu oyunlar bizə çox şey verir. İstəyirik ki, qrup lideri olaq. Gələn tsikldə C Liqası tam başqa cür keçiriləcək. Güclü rəqiblər daha çox olacaq. Komanda formalaşdırmaq üçün hansısa yolu keçməlisən, futbolçuları tanımalısan. Hər gün bizim üçün yenilik və sınaqdır. Bunlar hamısı bizim üçün təcrübədir".