Fransa millisinin sabiq üzvü Luis Fernandes Kilian Mbappenin çıxışını dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, Fernandes Mbappenin dünyanın ən yaxşı futbolçusu olmadığını, lakin böyük oyunçu olduğunu bildirib. "Onun nəyə qadir olduğunu artıq 'Real Madrid'də göstərib. O, meydanda nəticə verən oyunçudur və buna görə narahatlığa əsas yoxdur. Mbappe istədiyi titulları və qolları qazanacaq" – deyə Fernandes vurğulayıb.

Mbappenin müdafiədəki oyununa dair tənqidlərə münasibət bildirən Fernandes əlavə edib: "Qol vura bilən futbolçu müəyyən üslubda oynamalıdır. Mən onu həmişə mərkəz hücumçusu kimi görmüşəm. Messi də bütün 90 dəqiqə qaçan oyunçu deyildi. O, top almaq, ötürmə vermək və qol vurmaq üçün lazım olan anda qaçmağı bilirdi".