Formula 1-də təxirə salınan Bəhreyn Qran-prisi baş tutub..
Offsideplus.az xəbər verir ki, Sepanq trasında keçirilən mübarizədə "Red Bull" pilotu Maks Ferstappen 1 dəqiqə 35,130 saniyəlik nəticə ilə sıralama turunun qalibi olub.
İkinci yeri "Ferrari" sürəti Lyuis Hemilton (+0,298 saniyə), üçüncü pilləni isə "Red Bull"da Ferstappenin komanda yoldaşı İzak Adjar (+0,428 saniyə) tutub. Mövsümün lideri Andrea Kimi Antonelli ("Mersedes") dördüncü, onun komanda yoldaşı Corc Rassell isə səkkizinci nəticəni göstərib.
Bəhreyn Qran-prisi (Sepanq, Malayziya)
Sıralama turu – İlk 8-lik:
-
Maks Ferstappen (Red Bull) – 1.35,130
-
Lyuis Həmilton (Ferrari) – +0,298
-
İzak Adjar (Red Bull) – +0,428
-
Andrea Kimi Antonelli (Mersedes) – +0,501
-
Şarl Lekler (Ferrari) – +0,536
-
Lando Norris (Maklaren) – +0,627
-
Oskar Piastri (Maklaren) – +0,632
-
Corc Rassell (Mersedes) – +0,741


