Tanınmış mütəxəssis Qustavo Poyet "Mançester Siti"yə qarşı çıxarılan qərarı şərh edib.

Offsideplus.az xəbər verir ki, Poyet klubun 115 maddədən 114-ü üzrə günahkar bilinməsinə təəccübünü gizlətməyib. O bildirib ki, belə bir halı heç vaxt görməyib və bu, futbol üçün çox pisdir: "Xüsusilə Premyer Liqa və İngiltərə Futbol Assosiasiyası üçün nəzarət baxımından bu, dəhşətlidir. Biz hər şeyi düzgün etməyə çalışırdıq, indi isə sual yaranır: nə baş verirdi? 2009-cu ildən bəri heç kim heç nəyi nəzarətdə saxlamayıb. Biz tamamilə fərqli şəraitdə futbol oynayırdıq. Təbii ki, hər kəs üstünlük əldə etməyə çalışır, amma əgər deyilənlər doğrudursa, burada artıq söhbət sadəcə üstünlükdən getmir. Görünür, daha böyük bir fərq olub. Məndən soruşurlar ki, özümü aldadılmış hiss edirəmmi? Cavab verirəm: yox, çünki heç nə bilmirdik. İndi isə geriyə qayıdıb özümüzü o vəziyyətdə təsəvvür etmək çətindir. Biz hər şeyi nəzarətdə saxlamalı olan insanlara inanırıq. Təbii ki, kiminsə daha çox sponsoru, daha yaxşı oyunçuları və ya yüksək gəliri ola bilər. Bu, futbolda normaldır. Amma yekun qərar belə qalarsa, fərq həddən artıq böyük olacaq. Bu, mənim xoşuma gəlmir və hesab edirəm ki, futbol üçün pisdir".