"Everton" və İngiltərə millisinin qapıçısı Cordan Pikford 200 min funt-sterlinq dəyərindəki "Lamborghini" markalı avtomobili ilə törətdiyi ciddi insidentdən sonra ehtiyatsız sürücülük etdiyini etiraf edib.
Offsideplus.az xəbər verir ki, Polis qapıçını Nutsford şəhərində saxlayıb. Bildirilib ki, o, yol nişanının tələblərinə məhəl qoymayaraq iki avtomobilin qəza təhlükəsi ilə üzləşməsinə və sərt şəkildə əyləc basmasına səbəb olub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Pikford saatda 30 mil sürət həddini aşlb və polisin işıq və səs siqnallarını işə salmasına baxmayaraq hərəkətini davam etdirib.
Yazılı şəkildə təqsirini boynuna alan qapıçı özünü müdafiə arqumentlərini təqdim etmək üçün məhkəmə iclası tələb edib. O, dekabrın 7-də Çester Magistrate Məhkəməsi qarşısına çıxac aq.


