Azərbaycan U-21 komandası Avropa Çempionatının seçmə mərhələsində cəbəllütariqli həmyaşıdları ilə qarşılaşacaq. 

Oyunöncəsi açıq məşqdə komandanın yarımmüdafiəçisi Şahin Şahniyarov Offsideplus.az-a danışıb:

“3 gündür vətənə qayıtmışıq. Bərpa prosesi keçmişik. Qarşıdakı oyuna hazırlaşırıq. Səfərdəki oyundan 9 ay keçib. Rəqibin də heyətində xeyli dəyişikliklər var - yeni oyunçular gəlib. Rahatlıq yoxdur, Cəbəllütariqlə oyuna hazıraşırıq. Hər oyuna qələbə kimi çıxırıq. Rəqibin fərqi yoxdur: İstər Portuqaliya, istər Şotlandiya, istərsə də Cəbəllütariq”.