Fransa millisinin sabiq hücumçusu Kristof Düqarri Kriştiano Ronaldunun Portuqaliya yığmasından ayrılması ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı futbolçu baş məşqçi Jorje Jezusun qərarı ilə 27 sentyabrda Norveçlə oyunda meydana çıxmayıb və bundan sonra milli komandada çıxış etməmək qərarı verib.
Düqarri bildirib: "Bu, dəhşətlidir, çünki onun illər ərzində yaratdığı imicə tamamilə ziddir. O, əvvəllər ağıllı, həssas, səxavətli biri kimi görünürdü... İndi isə mənə elə gəlir ki, o dəyişib, son aylarda öz eqosu onu içdən yeyib. O, yığmadan gözəl şəkildə ayrıla bilərdi, amma indi hər şey bitdi, hər şey dağıldı. İndi necə qayıda bilər? Və buna nə ehtiyac var?"


