Azərbaycan U-21 komandası Avropa Çempionatının seçmə mərhələsində Cəbəllütariqi qəbul edəcək. 

Oyunla bağlı komandanın baş məşqçisi Rəşad Eyyubov fikirlərini Offsideplus.az-la bölüşüb:

– Hazırlıq prosesi necə gedir?

– Şotlandiya ilə oyundan sonra 4-5 gün vaxtımız oldu. Fiziki və mental baxımdan oyuna hazırıq.

– Komandadaxili ab-hava necədir?

– Çox yaxşıdır. Məğlubiyyət bizə pis təsir etsə də, uşaqlar üçün düzgün motivasiya tapa bilmişik.

– Edqar Adilxanovun U-21-ə qayıtması gücünüzə güc qatır?

– Əlbəttə. Ən yaxşı oyunçularımızdandır. Şadıq ki, bizimlədir. 

– Oruc Məmmədovun A millidəki oyununu necə dəyərləndirirsiniz?

– Çox xoşuma gəldi. İlk oyunu idi, yaxşı çıxış etdi. 

– Şotlandiya ilə oyuna elə də pis başlamamışdıq, qol da vurduq. 22-28-ci dəqiqələr arasında nə baş verdi?

– Düzgün qeyd edirsiz. Bu dəqiqələr arasında konsantrasiya itirildi. Bu 7 dəqiqədən başqa oyuna nəzarət etdik.

– Cəbəllütariqi səfərdə məğlub etmək komandaya əlavə motivasiya verir?

– Millidə əlavə motivasiyaya ehtiyac yoxdur.