"Bavariya"nın hüçumçusu Harri Keyn və Almaniya klubu yeni sözləşmənin şərtləri üzrə prinsipial razılığa gəliblər.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında hazırlanan yeni razılaşma 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Danışıqlar artıq yekun mərhələyə qədəm qoyub və hazırda son detallar dəqiqləşdirilir.


