Səudiyyə Ərəbistanı 2034 FİFA Dünya Çempionatı üçün planlaşdırılan və dəyəri 2.5 milyard avro olan NEOM Stadionunun tikintisini təxirə salmaq və ya tamamilə ləğv etmək qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, "The Line" meqapolis layihəsinin bir hissəsi olaraq yer səthindən 350 metr yüksəklikdə, şüşə və polad konstruksiya daxilində inşa edilməsi nəzərdə tutulan 46 000 yerlik stadion ölkənin dünya çempionatı iddialarının əsas "incilərindən" biri hesab olunurdu.
İqtisadi təzyiqlər və Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondunun (PIF) daha sürətli maliyyə gəliri gətirən layihələrə fokuslanmaq üçün nəhəng meqaplayihələrin miqyasını kiçiltməsi və ya dayandırması bu qərara əsas səbəb olub.
Buna baxmayaraq, 2034-cü il Dünya Çempionatı üçün ölkə üzrə planlaşdırılan digər 15 stadionun əksəriyyətində tikinti işləri davam edir.


