Yay transfer pəncərəsində "Boston Seltiks"dən "Filadelfiya Seventi Siksers"ə keçən ulduz forvard Ceylen Braun yeni komandasının heyətində ilk dəfə meydana çıxıb və möhtəşəm çıxışı ilə yadda qalıb.

Offsideplus.az xəbər verir ki, Braun "Nyu-York Niks"ə qarşı keçirilən yoxlama oyununda cəmi 17 dəqiqə meydanda olsa da, 22 xal toplayıb. O, 13 atışdan 8-ni dəqiq yerinə yetirib, 5 üçlükdən 3-nü və 5 cərimə atışından 3-nü səbətə göndərib. Bundan əlavə, Braun 2 ribaund, 2 assist və 1 blokşutla yadda qalıb. "Siksers"in digər ulduzları LeBron Ceyms, Tayriz Maksi və Coel Embiid bu qarşılaşmada istirahət ediblər. "Filadelfiya Seventi Siksers" rəqibini 120:97 hesabı ilə məğlub edib.