“Fənərbağça”nın futbolçusu Meyson Qrinvud “Turan Tovuz”la keçirilən yoxlama matçında qırmızı vərəqə aldığı üçün diskvalifikasiya olunmaq təhlükəsi ilə üzləşib.
Offsideplus.az xəbət verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) qaydalarına əsasən, yoxlama oyunlarında rəqibə qarşı şiddətli hərəkətə görə qovulan futbolçular sanksiyaya məruz qala bilər.
Qrinvudun rəsmi matçları buraxıb-buraxmayacağı qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadənin protokolda yazacağı izahatdan asılı olacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Turan Tovuz” – “Fənərbağça” görüşü İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb


