"Əl-Nəsr"in 41 yaşlı hücumçusu Kriştianu Ronaldu baş məşqçi Jorje Jezuş postunda olduğu müddətdə Portuqaliya milli komandasına qayıtmayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə "CNN Portugal" nəşrinin jurnalisti Rui Santuş məlumat yayıb.
İnsayderin bildirdiyinə görə, ulduz futbolçu təcrübəli mütəxəssisin UEFA Millətlər Liqasının IV turunda Norveçlə matçdan (2:1) sonra mətbuat konfransında səsləndirdiyi fikirlərdən bərk qəzəblənib.
Tərəflər arasında gərginlik elə Norveçlə oyunda yaranıb. Bütün qarşılaşmanı ehtiyat skamyada keçirən Ronaldu baş məşqçinin bu qərarından narazı qalıb. Nəticədə 41 yaşlı forvard Danimarka ilə III tur matçından (4:2) öncə komandanın məşqlərinə qatılmayıb və daha sonra yığmanın düşərgəsini tərk edib.
Norveçlə qarşılaşmadan sonrakı mətbuat konfransında Jorje Jezuş Ronaldudan üzr istəməli bir məqam görmədiyini vurğulayıb. Bu açıqlama isə təcrübəli hücumçunun milli ilə yollarını birdəfəlik ayırmaq qərarına gəlməsinə səbəb olub.


