Danimarka millisinin hücumçusu Rasmus Heylund Portuqaliya ilə oyundan sonra baş məşqçi Jorje Jezusu niyə itələdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı futbolçu həmin qarşılaşmada vurduğu qolu Kriştiano Ronalduya həsr etdiyini bildirib. Qeyd edək ki, Ronaldu bu oyunda Jezusu ilə yaşanan münaqişəyə görə iştirak etməmişdi.
Heylund deyib: "Portuqaliya ilə oyundan sonra da qeyd etmişdim ki, qol sevincim Ronalduya həsr olunmuşdu. Əslində, bu hərəkətimin Jorje Jezusa qarşı heç bir aidiyyəti yoxdur. Sadəcə, o, mənim gözümə baxmağa belə cəhd etmədi. Düşünürəm ki, bu, idman prinsiplərinə uyğun deyil. Futbol oyunundan sonra əl sıxmaq düzgün şəkildə olmalıdır. O isə çox soyuq şəkildə məni sinəmdən itələdi və gözlərini məndən yayındırdı. Mən də sadəcə buna işarə etdim: 'Həqiqətən beləmi?' Və bəli, qol sevincim böyük kumirimə həsr olunmuşdu".


