Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Millətlər Liqasının 4-cü turunda Belçika üzərində 4:1 hesablı qələbə barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Zidan ilk qolun vurulmasının oyuna dönüş baxımından vacib olduğunu bildirib: "Oyuna qayıtmaq üçün ilk qolu vurmaq önəmli idi, bu da təşəbbüsü bir qədər ələ almağımıza imkan verdi. Birinci hissədə də yaxşı başladıq, lakin meydanın sonuncu üçdəbirində sürətimiz çatışmırdı. Düşünürəm ki, bütün 90 dəqiqəyə baxsaq, qələbə tamamilə layiqli idi və ikinci hissədə oyunumuz həqiqətən yaxşı alındı. Hər şey çox pozitiv gedir. Topladığımız 10 xal oyunçuların mentaliteti və görülən işin nəticəsidir. Bu qrup oyunçular bir-biri ilə yaxşı anlaşır. Onlarla işləmək çox xoşdur və bu, bizim üçün çox müsbət məqamdır".