Litva milli komandasının baş məşqçisi Edqaras Yankauskas qarşılıqlı razılıq əsasında postundan ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.

51 yaşlı mütəxəssisin istefasına komandanın son olaraq Bakıda Azərbaycan millisinə 0:1 hesabı ilə uduzması səbəb olub.

Qeyd edək ki, UEFA Millətlər Liqasının Kaunasda keçirilən ilk görüşündə tərəflər bərabərə qalmışdı (1:1).

O, bu postda 2023-cü ilin yanvarından çalışırdı. Litva onun dövründə 38 oyunda 7 qələbə qazanıb, 20 dəfə isə məğlub olub.