UFC-nin yüngül çəkidə çempionu İslam Maxaçev Qırğızıstana səfər edib və burada ənənəvi kokpar oyununda iştirak etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Maxaçev sosial şəbəkədə paylaşdığı videoda Qırğızıstanlı idmançı Mıktıbek Orlobaya müraciət edərək bildirib: "Orlobay, haradasan? Mən Qırğızıstana kokpar oynamağa gəlmişəm, səni görmürəm". Qeyd edək ki, kokpar at üstündə oynanılan, iştirakçıların keçi cəmdəyini rəqibin qapısına atmağa çalışdığı milli oyundur. Bundan əlavə, İslam Maxaçev Dubayda Plehanov adına İqtisadiyyat Universitetində magistraturaya qəbul olunub.