Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın U-20 milli komandası yoxlama matçında Yaponiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatıb.
Reqlamentə əsasən, birbaşa keçirilən penaltilər seriyasında daha dəqiq olan (5:4) U-20 yığmamız qələbəni bayram ediblər.
Qeyd edək ki, U-20 millimiz toplanış çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Moldovaya 0:1 hesabı ilə uduzmuşdu.


