İspaniyalı yarımmüdafiəçi Brayan Saraqosa "Qızıl top" mükafatının ötən mövsümün yekunlarına əsasən ispan futbolçusuna verilməsinin vacib olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Saragosa müsahibəsində bu fikirləri səsləndirib: "Qızıl top"u kimə təqdim edərdiniz? Məncə, bu mükafatı mütləq ispan futbolçu qazanmalıdır. Başqa birinin bu mükafatı almasını təsəvvür edə bilmirəm. Əgər bu Lamine Yamal və ya Fabian Ruiz olmazsa, yalnız Harri Keyni qalib kimi təsəvvür edə bilərəm. Amma əslində qalib məhz ispan olmalıdır".
Qeyd edək ki, "Qızıl top"un təqdimetmə mərasimi 26 oktyabrda Londonda keçiriləcək.


