Rusiyalı yarımmüdafiəçi Aleksey Batrakov "Lokomotiv"dən "Qalatasaray"a transfer olunduqdan sonra İstanbulda yerləşən uşaq xəstəxanasını ziyarət edib.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçunun transferi üçün Türkiyə klubu 25+4 milyon avro və gələcək satışdan 15 faiz pay ödəyib.
Tibbi müayinədən sonra Batrakov "Acıbadem Maslak" xəstəxanasının uşaq onkologiyası şöbəsində müalicə alan pasiyentlərə klubun rəmzləri olan imzalı hədiyyə dəstləri təqdim edib.


