İngiltərə Premyer Liqası təmsilçisi "Bornmut" "Yuventus"un 29 yaşlı italyan qapıçısı Mikele Di Qreqorionu heyətinə qatmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, tərəflər arasında razılaşmaya əsasən, təcrübəli qolkiperin satınalma hüququ ilə icarəyə götürülməsi planlaşdırılır.

Klublar arasında aparılan danışıqların müsbət yekunlaşdığı və transferin rəsmiləşməsinin an məsələsi olduğu bildirilir.