İngiltərə millisinin müdafiəçisi Ezri Konsa karyerasını "Arsenal"da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, London klubu "Aston Villa"nın oyunçusunu transfer etdiyini açıqlayıb. Transferin maliyyə detalları məlum olub: "Aston Villa" bu keçiddən 50 milyon funt sterlinq gəlir əldə edəcək, əlavə 5 milyon funt isə bonuslar şəklində ödəniləcək.

Ezri Konsa 2019-cu ildən bəri "Aston Villa"da çıxış edib. O, ötən mövsüm Premyer Liqada 34 oyunda meydanda olub.