İspaniyanın "Atletiko Madrid" klubu "Çelsi"nin seneqallı hücumçusu Nikolas Ceksonu transfer etmək fikrindən daşınıb.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi seneqallı futbolçu üçün aparılan danışıqları dayandıraraq transfer yarışından rəsmən çıxıb.
- "Çelsi"nin sərt tələbi: "Çelsi" oyunçunu icarəyə vermək variantını rədd edir və yalnız tam transfer qarşılığında göndərmək niyyətindədir. London klubu Cekson üçün təxminən 80 milyon avro qiymət təyin edib.
- Yeni favorit "Aston Villa": "Atletiko"nun geri çəkilməsindən sonra 24 yaşlı hücumçunu heyətinə qatmağa ən yaxın namizəd "Aston Villa" hesab olunur.


