İngiltərənin "Arsenal" klubunun yeni transferi Bruno Gimaraeş zədələnib.
Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin 2-ci dərəcəli əzələ cırılması (hamstring tear) xəsarəti aldığı bildirilir.
-
Müayinələrin nəticəsinə əsasən, təcrübəli futbolçu təxminən 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
-
Mövsümün startında baş verən bu zədə "Arsenal"ın orta sahə xətti və baş məşqçi Mikel Artetanın planları üçün ciddi itki hesab olunur.


