Dünya Kubokunun final matçından sonra baş verən gərginlik və qayda pozuntularına görə FIFA Argentina Futbol Assosiasiyası və insidentdə iştirak edən şəxslərə qarşı ciddi sanksiyalar tətbiq edib.
Offsideplus.az xəbər verir ki, FIFA-nın İntizam Komitəsinin qərarına əsasən, cəzalandırılan futbolçu və rəsmilərin siyahısı:
-
Leandro Paredes:
10 oyunluq cəza və 90 min dollar cərimə -
Nahuel Molina:
7 oyunluq cəza və 90 min dollar cərimə -
Roberto Ayala (köməkçi məşqçi):
3 oyunluq cəza və 30 min dollar cərimə -
Tiaqo Almada: 1 oyunluq cəza və 30 min dollar cərimə
-
Qavi: 1 oyunluq cəza və 30 min dollar cərimə
Bundan əlavə, Argentina milli komandası növbəti 2 ev oyununu azarkeş tutumunun maksimum 50%-i ilə keçirməli olacaq. Argentina Futbol Assosiasiyasına isə ümumilikdə 321 min dollar məbləğində pul cəriməsi kəsilib.


