İngiltərənin "Arsenal" klubu "Qalatasaray"da çıxış edən nigeriyalı ulduz hücumçu Viktor Osimhenin yüksək maaş tələblərini qarşılamaqdan imtina edib.

Offsideplus.az xəbər verir ki, Osimhenin "Qalatasaray"da mövsümlük 20 milyon avrodan çox xalis (net) məvacib qazandığı bildirilir.

​London təmsilçisi maliyyə balansını pozmamaq üçün bu astronomik tələbləri qarşılamaq niyyətində deyil və şərtləri qəbul etməyəcəyini bəyan edib.

Transferin reallaşması və ya danışıqların yenidən başlaması üçün hücumçunun maaş tələblərində güzəştə gedib-getməyəcəyi qərarından asılı olacaq.